“Mançester Siti” Vinisiusu almaq istəyir

14.02.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

22 yaşlı braziliyalı müdafiəçi, "Roma"nın oyunçusu Vesli Vinisius İngiltərə Premyer Liqasının bir top-klubunun diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə “Fichajes”in jurnalistləri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, oyunçunu komandalarına cəlb etmək istəyən klub "Mançester Siti"dir. İngiltərə klubunun rəhbərliyi Vesli üçün 50 milyon avro ayırmağa hazırdır. Müdafiəçi keçən ilin yayından “Roma” kollektivində çıxış edir.

Tərəflər arasında mövcud əmək müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonunadək qüvvədədir.

Cari mövsümdə Vesli "canavarlar"ın heyətində 29 oyunda iştirak edib, üç qol vurub və bir assist göstərib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью