Mançester Siti Xusanov və Doku ilə yola davam edəcək

23.07.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti" müdafiəçi Abdukodir Xusanov və hücumçu Jeremi Dokunun müqavilələrini uzatmağı planlaşdırır. Sport24.az xəbər verir ki,  bu barədə "The Athletic" məlumat yayıb. 

Hər iki oyunçu yeni şərtlərlə razılaşıb və sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. 

Qeyd edək ki, Xusanov 2025-ci ildən "Mançester Siti"dədir. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Doku isə "şəhərlilər"ə 2023-cü ildə qoşulub. Belçikalının mövcud anlaşması 2028-ci ilin iyuluna qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью