Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
“Mançester Siti” qapıçı Heronimo Rulyinin transferi ilə bağlı “Marsel”lə razılığa gəlib.
Lent.az xəbər verir ki, 34 yaşlı argentinalı qolkiper İngiltərə klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacaq. Razılaşmada müqavilənin daha bir mövsüm – 2029-cu ilin iyununa qədər uzadılması üçün seçim də nəzərdə tutulub.
“Marsel” artıq Rulyiyə tibbi müayinədən keçmək üçün “Mançester Siti”nin düşərgəsinə yollanmağa icazə verib.
Transferin məbləği təxminən 3,5 milyon avro təşkil edəcək.