Mançester Siti yeni transferini icarəyə verdi

19.08.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Siti" yeni transferi Sverre Nyupanı icarəyə verib.

QOL.az xəbər verir ki, "şəhərlilər" norveçli yarımmüdafiəçini "Midlsbro"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı oyunçu 2025/2026 mövsümünü Çempionşip təmsilçisində keçirəcək.

Qeyd edək ki, "Mançester Siti" Sverre Nyupanı ötən ay "Rosenburq"dan (Norveç) 15 milyon avroya transfer edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью