Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Mançester Siti” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in vingeri Antuan Semenyo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Afrikalı futbolçu Premyer Liqada “İpsviç”lə matçda (3:2) zədə alıb. Onun azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Semenyo bu mövsüm 10 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.