“Mançester Siti”də ciddi itki

01.04.2025

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Manset.az verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola danışıb:

“Ümid edirəm ki, mövsümün sonuna, klublararası dünya çempionatına qədər hazır olacaq”

Haland İngiltərə Kubokunun 1/4 finalında, “Bornmut”la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью