“Mançester Siti”də daha 5 il

28.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiol ilə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, xorvatiyalı futbolçu İngiltərə klubu ilə müddəti 2031-ci ilə qədər nəzərdə tutulan sözləşməyə qol çəkib.

2023-cü ildən “şəhərlilər”in şərəfini qoruyan 24 yaşlı müdafiəçi bu müddət ərzində komandanın heyətində 122 oyuna çıxıb və 13 qolla yadda qalıb.

Qvardiol “Mançester Siti”də çıxış etdiyi dövrdə 6 titul qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью