Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Mançester Siti"nin yeni transferi Enzo Fernandeş İngiltərə Premyer Liqasının 3-cü turunda “Koventri” ilə oyunda start heyətində meydana çıxıb.
QOL.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin əsas heyətdə yer alması gözlənilməz olub. İnsayder Fabrizio Romanonun məlumatına görə, Fernandeşin startda olması planlaşdırılmayıb.
Belə ki, matçdan əvvəl isinmə zamanı Niko O’Rayli zədələnib və onun yerinə son anda Fernandeş meydana çıxıb.
Beləliklə, bu qarşılaşma 125 milyon funt sterlinqə “Çelsi”dən transfer olunan 23 yaşlı futbolçunun “Mançester Siti”də ilk oyunu olub.
Qeyd edək ki, matç hazırda davam edir və "Mançester Siti" 1:0 hesabı ilə öndədir.