“Mançester Siti”də yeni müqavilə

13.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Mançester Siti” futbolçusu Jeremi Doku ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, belçikalı vingerlə anlaşmanın müddəti 2031-ci ilin yayına kimi artırılıb.

Doku 2023-cü ildən “Mançester Siti”nin formasını geyinir. O, “şəhərlilər”lə 88 oyunda 11 qola imza atıb.

Doku Belçika milli komandasının da üzvüdür. O, yığmada 48 oyunda 7 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью