Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
“Mançester Siti” gənc futbolçusu Niko O’Rayli ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin sözləşməsi daha 5 il uzadılıb və 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
O’Rayli bu mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb. Ötən mövsüm isə o, 9 görüşdə iştirak edib və 2 qola imza atıb.