Mançester Sitidən ardıcıl 4cü məğlubiyyət

10.11.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Siti" İngiltərə Premyer Liqasının 11-ci turunda "Brayton"la qarşılaşıb.

QOL.az xəbər verir ki, "şəhərlilər" matçda 1:2 hesabı ilə uduzublar.

Nəticədə "Mançester Siti" bütün turnirlərdə ardıcıl 4-cü məğlubiyyətini alıb. Komanda bundan əvvəl Çempionlar Liqasında Portuqaliya “Sportinq”inə (1:4), İngiltərə çempionatında “Bornmut”a (1:2), İngiltərə Liqa Kubokunda isə “Tottenhem”ə (1:2) uduzmuşdu.

“Mançester Siti” hazırda turnir cədvəlində 2-ci yerdədir. Komanda 11 görüşdə 23 xal toplayıb. “Liverpul” 25 xalla liderdir.

"Brayton" - "Mançester Siti" - 2:1

Qollar: Pedro, 78, Orelli, 83 - Haaland, 23

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью