Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Siti” İngiltərə Premyer Liqasının ikinci turunda “Kristal Pelas” üzərində böyükhesablı qələbə qazanıb.
İdman.biz xəbər verir ki, Londondakı “Selherst Park” stadionunda keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
17-ci dəqiqədə Erlinq Haland “Mançester Siti”ni hesabda önə keçirib. İkinci hissədən sonra Rayan Şerki 54-cü dəqiqədə komandasının üstünlüyünü iki topa çatdırıb.
İki dəqiqə sonra “şəhərlilər”in qapıçısı Canluici Donnarumma topu öz qapısına göndərib, lakin artıq 59-cu dəqiqədə Şerki dublunu rəsmiləşdirib. Yekun hesabı 84-cü dəqiqədə Haland müəyyənləşdirib və o da ikinci qolunu vurub.
“Mançester Siti” çempionatın startında ardıcıl ikinci qələbəsini qazanıb. İlk turda komanda “Bornmut”u 2:1 hesabı ilə məğlub edib.
Növbəti turda “şəhərlilər” sentyabrın 5-də “Koventri Siti”ni qəbul edəcək, “Kristal Pelas” isə həmin gün səfərdə “Fulhem”lə qarşılaşacaq.