“Mançester Siti”dən “Milan”a İdmanXəbər

22.01.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Siti”nin kapitanı Kayl Uolker karyerasını “Milan”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 34 yaşlı oyunçunu icarəyə götürür. Uolker mövsüm sonuna qədər “Milan”da çıxış edəcək.

Futbolçunun sabah tibbi müayinədən keçib klubu ilə yeni müqavilə imzalaması gözlənilir.

Kayl Uolker 2017-ci ilin yayından “Mançester Siti”də çıxış edir. İngiltərə millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində 18 rəsmi oyunda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью