“Mançester Siti”ni bu cəza gözləyir

20.10.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Maliyyə qaydalarını pozmaqda təqsirləndirilən "Mançester Siti" klubunu futbol tarixinin ən ağır sanksiyalarından biri gözləyir.

“Yeni Sabah” Daily Mail-ə istinadla xəbər verir ki, 115 maliyyə pozuntusuna dair təqsirli bilinəcəyi təqdirdə, mançesterlilərə nəhəng xal silinməsi cəzası tətbiq olunacaq.

Sanksiya "Mançester Siti"nin cari mövsümdə avtomatik olaraq Premyer Liqadan aşağı diviziona düşməsini təmin edəcək. Bununla belə, növbəti mövsümdə də davam edəcək əlavə və daha böyük xal cəzası ucbatından "şəhərlilər"in ən azı 2 mövsüm İngiltərə Çempionşipində qalmalı olacaq. pizza

Klub birbaşa 4-cü diviziona düşə bilər. Lakin idman hüquqşünasları və futbol ekspertləri bu ehtimalın nisbətən aşağı olduğunu, əsas ssenarinin məhz Çempionşipdə uzunmüddətli xal cəzaları ilə tənzimlənəcəyini vurğulayırlar.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью