Mançester Sitinin 4 futbolçusu səfər matçında oynamayacaq

06.12.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Mançester Siti" İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə "Kristal Pelas"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, "şəhərlilər" bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Fil Foden, Con Stounz, Natan Ake və Mateo Kovaçiç komandaya kömək edə bilməyəcək.

Komandanın baş məşqçisi Pep Qvardiola adıçəkilən futbolçuların səfər matçında iştirak etməyəcəyini təsdiqləyib.

Qeyd edək ki, "Kristal Pelas" - "Mançester Siti" qarşılaşması 7 dekabr tarixində bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью