Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Mançester Siti”də klubla bağlı irəli sürülən ittihamlardan sonra komanda daxilində fikir ayrılıqları yaranıb.
QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Bildirilir ki, Xosep Qvardiolanın rəhbərliyi altında komandanın əsas xüsusiyyətlərindən olan birlik hissi zəifləməyə başlayıb.
Futbolçular klubun gələcəyinin sual altında olduğunu düşünürlər. Komandadakı layihə əvvəlki kimi sabit görünmür və bəzi oyunçular artıq ayrılmaq variantını nəzərdən keçirirlər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 11 turdan sonra 22 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda növbəti matçını noyabrın 29-da “Arsenal”a qarşı keçirəcək.