Mançester Sitinin futbolçusu 34 həftə oynaya bilməyəcək

22.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç zədə səbəbindən 3-4 həftə futbol oynaya bilməyəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"ə qarşı keçirəcəkləri matç ərəfəsində bildirib.

Kovaçiçin zədəsi barədə təfərrüatlar açıqlanmayıb. 30 yaşlı xorvatiyalı futbolçu Millətlər Liqasında Şotlandiya (0:1) və Portuqaliyaya (1:1) qarşı keçirilən oyunlardan sonra klubuna qayıdıb.

Qeyd edək ki, M.Kovaçiç bu mövsüm "Mançester Siti"nin heyətində 15 oyun keçirib və 3 qol vurub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью