Mançester Sitinin futbolçusu İnterə keçə bilər

20.12.2024

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan İlkay Gündoğan karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" Almaniya millisinin sabiq üzvünü heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Milan klubu yayda azad agent statusunda olacaq 34 yaşlı yarımmüdafiəçini pulsuz rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью