Mançester Sitinin futbolçusu üçün 40 milyon funtsterlinqlik təklif

06.01.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Mançester Siti"Nin futbolçusu Ceyms Makati Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Fulhem" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London klubu Makati üçün "Mançester Siti"yə 40 milyon funt-sterlinqlik təklif göndərəcək. 22 yaşlı ön xətt oyunçusu özü də "Fulhem"də oynamağa isti yanaşır.

Qeyd edək ki, Ceyms Makati "Mançester Siti"nin yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью