“Mançester Siti”nin hədəfindəki müdafiəçi

07.05.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti" yay transfer dönəmində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, "şəhərlilər" "Vulverhempton"un müdafiəçisi Ait-Nuri ilə maraqlanır.

Bu barədə "TBR Football" portalı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi "Mançester Siti"nin transferdə əsas hədəflərindən biridir.

"Vulverhempton" Ait-Nuri üçün 40 milyon funt-sterlinq tələb edir.

Müdafiəçi bu mövsüm 38 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью