“Mançester Siti”nin hücumçusu klubdan ayrılmaq istəyir

03.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Argentinalı hücumçu Yulian Alvares “Mançester Siti”dən ayrılmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 24 yaşlı forvard daha çox oyun praktikası qazanmaq üçün “şəhərlilər”lə vidalaşmaq istəyir.

“Mançester Siti” Alvaresin satışından 70-80 milyon avro qazanmağı planlaşdırır.

Yulian 2022-ci ilin yanvarından “şəhərlilər”də çıxış edir. O, Premyer Liqada 67 oyunda 20 qol vurub, 10 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью