“Mançester Siti”nin müdafiəçisi uzun müddət oynamayacaq

05.03.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Mançester Siti”nin futbolçusu Natan Ake əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ayağındakı sınıq səbəbindən əməliyyat edilib.

Akenin bərpa müddəti açıqlanmayıb. O, uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Natan bu mövsüm 18 oyuna çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью