“Mançester Siti”nin müdafiəçisinin durumu müəyyənləşib İdman və Biz

21.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti”nin futbolçusu Ruben Diaşın durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola açıqlayıb.

O bildirib ki, 27 yaşlı portuqaliyalı müdafiəçi 3-4 həftə meydanlardan kənar qalacaq. “Mançester Yunayted”lə görüşdə (1:2) xəsarət alan futbolçuda əzələ zədəsi aşkarlanıb.

Qeyd edək ki, Diaş cari mövsümdə 19 oyun keçirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью