futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Lids Yunayted” klubu “Mançester Siti”nin qapıçısı Ceyms Traffordun transferini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, İngiltərə millisinin 23 yaşlı qolkiperi ilə 5 illik müqavilə imzalanıb. Tanınmış jurnalist Ben Ceykobsun verdiyi məlumata görə, bu keçid üçün “Lids” 46,7 milyon avro təzminat və əlavə bonuslar ödəyəcək. Bu, klub tarixində rekord məbləğdir.
“Mançester Siti”nin yetirməsi olan Trafford ötən yay 31,2 milyon avro qarşılığında “Börnli”dən Mançester təmsilçisinə qayıtmışdı. Qolkiper 2025/26 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlərdə 17 oyunda meydanda olub və qapısında 13 qol görüb.