“Mançester Siti”nin qələbəsi azarkeş insidentləri ilə yadda qaldı

12.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Siti”nin qələbəsi azarkeş insidentləri ilə yadda qaldı

“Mançester Siti”nin “Liverpul” üzərində 3:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra azarkeşlər arasında insidentlər yaşanıb.

QOL.az xəbər verir ki, "Guardian" nəşrinin məlumatına görə, İngiltərə Premyer Liqasının 6-cı turunun qarşılaşmasından sonra baş verən hadisələrlə bağlı 10 nəfər saxlanılıb. İnsident zamanı polis əməkdaşı üz nahiyəsindən ciddi xəsarət alıb.

Mersisayd polisinin məlumatına görə, əməkdaş Enfild-Roudda bir nəfəri saxlayarkən hücuma məruz qalıb. O, xəstəxanaya çatdırılıb və müalicədən sonra evə buraxılıb.

Saxlanılanlardan biri polis əməkdaşına hücumda, beşi faciəli hadisələrlə bağlı təhqiramiz şüarlar səsləndirməkdə şübhəli bilinir. Digər şəxslər isə ictimai asayişi pozmaq, hücum, dava-dalaş və meydana əşya atmaqla bağlı saxlanılıblar.

Qeyd edək ki, qarşılaşma “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı ittihamlar fonunda keçirilib. “Liverpul” azarkeşləri oyun öncəsi rəqib komandanın heyəti açıqlanarkən fitə basıb, həmçinin “Aşağı liqaya düşəcəksiniz!” şüarını səsləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью