Mançester Sitinin qış planı

30.11.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Mançester Siti" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Klub yarımmüdafiəçilər Martin Subimendi və ya Edersonu heyətinə qatmağı planlaşdırır.

Baş məşqçi Xosep Qvardiola bu oyunçuları zədəli futbolçusu Rodrinin potensial əvəzediciləri kimi görür.

25 yaşlı Subimendi "Real Sosyedad"da çıxış edir. Bu mövsüm ispaniyalı bütün turnirlərdə klubun heyətində 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 

25 yaşlı Ederson "Atalanta"nın oyunçusudur və 2022-ci ildən klubda çıxış edir. Bu mövsüm braziliyalı klubda 17 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью