Mançester Sitinın qış transfer planı müəyyənləşib

24.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Siti" rəhbərliyi qış transfer pəncərəsində komandada əsaslı dəyişikliklər etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Record" məlumat yayıb.

Klub rəhbərliyi komandanın uğursuz nəticələrinə görə narahatdır. Onlar vəziyyətdən çıxış yolunu heyətdə əsaslı dəyişikliklər etməkdə görürlər.

"Şəhərlilər" ən azı 5 və ya 6 futbolçu ilə yolları ayırmağı planlaşdırır. Yeni transfer planı da müəyyənləşib. Qvardiola Martin Subimendi ("Real Sosyedad"), Bruno Gimaraeş ("Nyukasl") və "Yuventus"un qapıçısı Mişel Di Qreqorini sərəncamında görmək istəyir.

Qeyd edək ki, Premyer Liqanın 17 turundan sonra "Mançester Siti" 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır. Komanda keçirdiyi son 12-matçın 9-da uduzub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью