Mançester Sitinin sabiq futbolçusu Gürcüstan prezidenti ola bilər

27.11.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Siti"nin sabiq futbolçusu Mixail Kavelaşvili Gürcüstanın prezidenti ola bilər.

Fanat.Az yeri mətbuata istinadən xəbər verir ki, onun namizədliyi parlamentdə say çoxluğu ilə təmsil olunan "Gürcü arzusu" partiyası tərəfindən irəli sürülüb.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, Kavelaşvili 1995-1997 illər aralığında "Mançester Siti"nin formasını geyinib. Sabiq forvard "şəhərlilər" elitanı tərk edəndən sonra "Qrashoppers"ə icarəyə verilib. O, 1991-2002-ci illərdə ölkəsinin millisində 46 oyuna çıxaraq 9 qol vurub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью