Mançester Sitinin sabiq futbolçusu və baş məşqçisi vəfat edib

14.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Mançester Siti" klubunun sabiq müdafiəçisi və baş məşqçisi Toni Buk 91 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə “şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, T.Buk 1966-1974-cü illərdə "Mançester Siti"də çıxış edib və 315 oyunda 5 qol vurub. O, Mançester təmsilçisinin heyətində İngiltərə çempionu (1967/1968 ), ölkə kubokunun (1968/1969) və Superkubokunun (1968, 1972), Liqa Kubokunun (1969/70), Kubok Qalibləri Kubokunun qalibi olub. (1969/1970). Toni Buk müxtəlif vaxtlarda "Mançester Siti"nin baş məşqçisi vəzifəsində çalışıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью