“Mançester Siti”nin ulduzu 200 ə çatdı

03.11.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti”nin ulduz futbolçusu Fil Foden şəxsi karyerasında mühüm mərhələni geridə qoyub.

Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Premyer Liqada “Bornmut”la keçirilən (3:1) oyunda komandasının heyətində 200-cü matçına çıxıb.

Foden bu müddət ərzində 62 qol vurub və 29 asistlə yadda qalıb. Beləliklə, o, hələ 25 yaşına çatmadan bu statistikaya imza ataraq “Siti” tarixində bu göstəriciyə ən gənc yaşda çatan futbolçulardan biri olub.

Mübariz ruhu, texnikası və sabit çıxışı ilə diqqət çəkən Foden hazırda Pep Qvardiolanın ən çox güvəndiyi oyunçular sırasındadır və klubun uzunmüddətli planlarında əsas fiqur kimi yer alır.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью