“Mançester Siti”nin yetirməsi 32 yaşında vəfat etdi

30.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti”nin yetirməsi Kortni Mappen-Uolter vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 32 yaşlı futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Uolter 2013-cü ilə qədər “Mançester Siti” akademiyasında olub. O, əsas komandaya cəlb edilsə də, rəsmi matçda meydana çıxmayıb.

Futbolçu müxtəlif vaxtlarda “Karlayl”, “Aşton”, “Şorli”, “Stokport”, “Telford”, “Redkliff” kimi klublarda forma geyinib.

Uolter İngiltərənin U-17 və U-18 yığmasında da top qovub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью