“Mançester Siti”yə 2 milyon funtluq cəza

20.06.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

İngiltərə Premyer Liqası "Mançester Siti"ni cərimələyib.

QOL.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Belə qərar verilməsinə səbəb isə “Mançester Siti”nin matçların vaxtında başlaması və bərpası ilə bağlı öhdəliklər baxımından çempionat reqlamentini pozmasıdır. Klub qaydalara riayət etmədiyini etiraf edib.

"Şəhərlilər" 2,09 milyon funt sterlinq (təqribən 2,4 milyon avro) cərimə ödəməli olacaqlar. Son mövsümdə “Mançester Siti”nin matçın başlamasını və ya onun bərpasını 9 dəfə gecikdirdiyi vurğulanır. 

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının son mövsümünün yekununda 71 xalla 3-cü yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью