“Mançester Siti”yə ağır zərbə

20.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Mançester Siti" böyük həcmli maliyyə dəstəyindən məhrum olub.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin nüfuzlu "Apollo" investisiya şirkəti klubun sahibi olan "City Football Group" ilə 2 milyard dollarlıq kredit müqaviləsi üzrə aparılan danışıqları dayandırıb.

Tərəflər arasındakı razılaşma artıq yekun mərhələyə çatmışdı. Lakin müstəqil komissiyanın "Mançester Siti"nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozduğunu müəyyən etməsindən sonra ABŞ şirkəti prosesi dayandırmaq qərarına gəlib və saziş baş tutmayıb. Online alış-veriş

Bu addımın "City Football Group" üçün ciddi maliyyə zərbəsi olduğu və holdinqin investisiya layihələrinə mənfi təsir göstərəcəyi bildirilir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью