Mançester Yunayted 1 ci, Tottenhem 2 ci, Qarabağ 27 ci oldu

09.05.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib. Sport24.az xəbər verir ki, "Football Meets Data" turnirdə ən çox gəlir əldə etmiş klubların siyahısını yeniləyib.
Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Qarabağ" 27-ci ola bilib. Ölkə çempionu avrokuboklarda 12 milyon 153 min avro qazanıbsa, bunun 4,29 milyon Çempionlar Liqasının təsnifar mərhələsində əldə olunub.
İlk iki sırada finalçılar yer alıb. "Mançester Yunayted" 36,420 milyon avro ilə birinci, "Tottenhem" 35, 376 milyon avro ilə ikinci olub.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurmuşdu. Avropa Liqasının finalı mayın 21-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью