Mançester Yunayted 1 milyon avroya yarımmüdafiəçi transfer edir

29.11.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fortaleza"nın yarımmüdafiəçisi Kristian Orosko karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" 17 yaşlı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmızı şeytanlar" gənc dayaq yarımmüdafiəçisi üçün Kolumbiya klubuna 1 milyon avro təzminat ödəyəcək. Kolumbiya U-17 millisinin üzvü "Mançester Yunayted"lə müqavilə imzalamaq üçün İngiltərəyə yollanıb.

İstedadlı oyunçu 18 yaşı tamam olduqdan sonra Premyer Liqa təmsilçisinin düşərgəsinə qoşulacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью