Mançester Yunayted 16 yaşlı gəncin şərtlərini qəbul etmədi

14.10.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

16 yaşlı yarımmüdafiəçi Cey Cey Qabriel, onu klubda saxlamaqda maraqlı olan "Mançester Yunayted"in qarşısında beş şərt qoyub. Sport24.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Qabriel və onun ətrafı "United"dən üzərində "Gabriel JR" adı yazılmış 77 nömrəli forma təqdim etməyi, futbolçunun yalnız əsas komanda ilə məşq etməsini təmin etməyi, ona üç konkret matçda azı 20 dəqiqəlik oyun vaxtı vəd etməyi, həmçinin yeddi rəqəmli illik maaş ödəməyi tələb ediblər.

Bildirilir ki, "Manchester United" bu tələblərin bir neçəsini rədd edib və hazırda gənc futbolçunun klubu tərk edəcəyini gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью