Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” tezliklə Paraqvaylı “Serro Porteno”nun müdafiəçisi Dieqo Leonu transfer edə bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq sol cinah müdafiəçisi mövqeyində çıxış edən 17 yaşlı futbolçunun transferi ilə bağlı klublar arasında şifahi razılıq var. Mənbə iddia edir ki, ilkin ödəniş 4 milyon dollar və 1 milyon bonus olacaq. “Serro Porteno” Leonun İngiltərədəki gələcək çıxışlarından asılı olaraq daha 3,5 milyondan çox qazana bilər.
Qeyd edək ki, “Transfermarkt” Dieqonun bazar dəyərini 1 milyon avro qiymətləndirir. Bu il Paraqvay çempionatında 19 oyun keçirib və 2 qol vurub.