Mançester Yunayted 22 yaşlı hücumçunun xidmətində maraqlıdır

14.05.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İpsviç"in hücumçusu Liam Delap karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 22 yaşlı ingilislə "Mançester Yunayted" maraqlanır. Futbolçunun özü də "qırmızı şeytanlar"ın formasını geyinməkdə maraqlıdır. Hər şey iki klub arasında danışıqların yekunundan asılıdır.

Qeyd edək ki, Delap bu mövsüm 38 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью