Mançester Yunayted 27 yaşlı futbolçu üçün hərəkətə keçdi

17.07.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Mançester Yunayted" İtaliya təmsilçisi "İnter"in sol cinah müdafiəçisi Karlos Auqusto ilə maraqlanır.

BAKU.WS xəbər verir ki, məlumata görə, Premyer Liqa klubu 27 yaşlı futbolçunu aprel ayından izləyir. Milan təmsilçisi isə oyunçunu 25-30 milyon avro qarşılığında satmağa hazırdır.

Bununla yanaşı, "qırmızı şeytanlar" üçün sol cinah müdafiəçisi mövqeyində əsas transfer hədəfi hələ də "Nyukasl"ın futbolçusu Lyuis Holldur. Klubun daha əvvəl "Vest Hem"in gənc müdafiəçisi Oliver Skarlsla da maraqlandığı bildirilir.

Karlos Auqusto ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 23 milyon avro olaraq qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью