“Mançester Yunayted” 30 milyona hücumçu alır

26.05.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İpsviç”in hücumçusu Liam Delap karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı hücumçu “qırmızı şeytanlar”ın gündəmindədi. Klub rəhbərliyi oyunçu üçün 30 milyon avro ödəyəcək.

İngiltərəli forvard 2024/25 mövsümündə 39 oyunda meydana çıxaraq, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью