“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı

20.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı

“Mançester Yunayted” azarkeşlərinin etiraz aksiyası cəza ilə nəticələnib.

QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, İngiltərə klubu noyabrın 3-də Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Roma” ilə keçirilən və 3:2 hesabı ilə qalib gəldiyi oyunda meydana tennis topları atan 4 azarkeşin ev stadionuna girişini qadağan edib. 

Azarkeşlər bu addımı klubun sahiblərinə etiraz əlaməti olaraq atıblar. Məlumata görə, onlardan ən azı birinə meydançaya əşya atdığı üçün 3 illik stadion qadağası tətbiq olunub.

Klub rəhbərliyi qərarını meydançaya hər hansı əşyanın atılmasına qarşı güzəştə gedilməməsi ilə əsaslandırıb. Bildirilib ki, bu cür hərəkətlər stadion qaydalarına zidd olmaqla yanaşı, futbolçuların və digər şəxslərin təhlükəsizliyi üçün də risk yaradır.

“Mançester Yunayted” bu məsələdə sərt mövqe tutacağını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью