“Mançester Yunayted” 40 milyonluq transferə hazırlaşır

03.06.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Atalanta”dan Edersonla anlaşıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Mançester Yunayted” braziliyalı yarımmüdafiəçi üçün 40 milyon avro ödəyəcək.

26 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanacaq.

Ederson başa çatan mövsümdə A Seriyasında 30 oyuna çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью