“Mançester Yunayted” 50 illik antirekordunu təkrarlayıb

17.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

İngiltərənin "Mançester Yunayted" komandası 1976-cı ildən bəri ilk dəfə 2 top fərqi ilə irəlidə olduğu ev oyununda uduzub.

AZƏRTAC xəbər verir ki, “qırmızı şeytanlar” bu halla Liqa Kubokunun 1/16 final mərhələsində üzləşib.

Maykl Kerrikin başçılıq etdiyi komanda doğma meydanda “Brayton”a 2:3 hesabı ilə məğlub olub. Matçın ilk 10 dəqiqəsində 2 qol vuran Mançester təmsilçisi üstünlüyünü qoruya bilməyib və yekunda turnirlə vidalaşıb.

Qeyd edək ki, “Mançester Yunayted” sonuncu dəfə "Old Trafford"da 1976-cı ilin sentyabrında bu cür məğlubiyyət alıb. Komanda həmin vaxt Premyer Liqa matçında "Tottenhem"ə 2:3 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью