“Mançester Yunayted” 50 milyonluq transferə hazırlaşır

21.04.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Mançester Yunayted” yayda “Kristal Pelas”ın 26 yaşlı yarımmüdafiəçisi Ebereçi Ezeni transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçu üçün hərəkətə keçməyə hazırlaşır.  “Kristal Pelas” onun transferindən 50 milyon funt-sterlinq qazanmağa ümid edir. 

Ebereçi bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью