Mançester Yunayted alman yarımmüdafiəçi üçün hərəkətə keçdi

10.02.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted" Mönhenqladbax "Borussiya"sının futbolçusu Rokko Rayts ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes-in Spanish" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" 23 yaşlı futbolçu üçün 40 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Rokko Rayts Mönhenqladbax klubunun yetirməsidir. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью