Mançester Yunayted Almaniya klubunun müdafiəçisi ilə maraqlanır

02.10.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted" "Bayer"in sol cinah müdafiəçisi Migel Qutyerreslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Fussball" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya klubu ispan futbolçunu satmağı düşünmür. Bununla belə, "əzcaçılar" 50-60 milyon avro qarşılığında Qutyerreslə yolları ayırmağa hazırdır.

Qeyd edək ki, Qutyerres bu mövsüm  bütün turnirlərdə 5 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью