Mançester Yunayted Altayla bağlı qərar verib

25.03.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer Liqa nəhənglərindən “Mançester Yunayted” mövsümün sonunda türkiyəli qapıçı Altay Bayındır ilə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Qırmızı şeytanlar” yayda heyətdə ciddi dəyişikliklər etməyi düşünür. Yola salınacaqlar arasında Altay da var.

Bayındır 2023-cü ildən “Mançester Yunayted”in formasını geyinir. O, bu mövsüm 6 oyuna çıxıb.

Torreyra Argentina klubuna doğru Çalhanoğlu Türkiyə millisinin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib Ronaldodan tarixi rekord "Real"da 5 illik yeni müqavilə - İlin transferi tamamlandı Cekonun hazırkı vəziyyəti bəlli olub - FOTO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью