Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin “Mançester Yunayted” klubu yay transfer pəncərəsində 25 yaşlı hücumçu Xulian Alvaresin transferi üçün İspaniyanın “Atletiko Madrid” klubuna təklif verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.
Məlumata görə, “Mançester Yunayted” bunun üçün “Atletiko Madrid”ə 150 milyon avro təklif edəcək.
Qeyd edək ki, hücumçu keçən yay “Mançester Siti”dən “Mançester Yunayted”ə keçib.
Alvares bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.