Mançester Yunayted Amorimin yerinə onları nəzərdən keçirir

28.08.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ruben Amorimin mümkün gedişi halında namizədlərin siyahısını hazırlayıb. 

QOL.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

İngiltərə klubunun rəsmi siyahısında iki ad var — hazırda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner və “Bornmut”un baş məşqçisi Andoni İraola.

Qeyd olunur ki, hazırda klub rəhbərliyi arasında ən çox müzakirə olunan namizəd məhz Qlasnerdir. Avstriyalı mütəxəssis də “Mançester Yunayted”dən iş təklifi almağa müsbət yanaşır.

Bundan əlavə, mankunianlıların İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeytə də marağı var. Amma klub rəhbərliyi azarkeşlərin mənfi reaksiyasından ehtiyat edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью