Mançester Yunayted Amorimlə bağlı qərarını verdi SON DURUM

13.05.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Mançester Yunayted” rəhbərliyinin komandanın baş məşqçisi Ruben Amorimlə bağlı planları məlum olub. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn məlumat yayıb. 

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” Premyer Liqadakı uğursuz nəticəyə baxmayaraq, portuqaliyalı mütəxəssisi növbəti mövsümdə saxlamaq qərarına gəlib. Mankunianlar yay transfer pəncərəsində Amorimin tələblərini yerinə yetirmək üçün komandanı gücləndirmək istəyir. 

40 yaşlı portuqaliyalı ötən ilin payızında İngiltərə nəhənginin baş məşqçisi vəzifəsinə keçib. 

Premyer Liqa mövsümünün başa çatmasına iki tur qalmış “Mançester Yunayted” turnir cədvəlində 16-cı yerdədir. Mayın 21-də mankunianlılar Avropa Liqasının finalında "Tottenhem"lə qarşılaşacaq.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью